Yol çökdükdə avtomobilə və ya vətəndaşa dəyən zərəri kim ödəməlidir? - AÇIQLANDI
Avtomobil yolları haqqında qanunun 48 və 52-ci maddəsində konkret olaraq məsuliyyətin kimin üzərinə düşməsi qeyd olunmuşdur.
Bu sözləri SİA-ya vəkil Turan Abdullazadə deyib.

O sözlərinə belə davam edib: “Belə ki, həmin qanunun 48-ci maddəsinə əsasən,
Avtomobil yollarının idarə olunmasını həyata keçirən yol təsərrüfatı orqanları, habelə onların idarə, müəssisələri və vəzifəli şəxsləri qanunvericiliklə müəyyən olunmuş qaydada avtomobil yolları haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə məsuliyyət daşıyır.
Həmin qanunun 52-ci maddəsinə əsasən,
Yol təsərrüfatı orqanlarının, habelə onların idarə və müəssisələrinin öz vəzifələrini yerinə yetirmədiklərindən və ya lazımınca yetirmədiklərindən yol şəraitinin qeyri-qənaətbəxş olduğuna görə avtomobil yol istifadəçilərinin həyatına və sağlamlığına dəyən zərər həmin orqanların, idarə və müəssisələrinin vəsaiti hesabına ödənilir.
Azərbaycanda avtomobil yollarının və Bakının əsas küçələrinin əksəriyyətinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) baxır. Bəzi daxili və həyət yolları yerli icra hakimiyyətinin və ya bələdiyyənin sərəncamındadır. Yolu təhlükəsiz vəziyyətdə saxlamaq və təhlükəli yerləri nişanlamaq onların vəzifəsidir. Bunu etməyiblərsə, Mülki Məcəllənin zərərin əvəzinin ödənilməsi (delikt) haqqında müddəaları əsasında məsuliyyət daşıyırlar.
Məsələn, Çökmə yeraltı su və ya kanalizasiya borusunun sızmasından baş veribsə (bu, çox yayılmış səbəbdir), məsuliyyət həmin xəttin sahibinin üzərinə düşə bilər. Məsələn, "Azərsu", qaz və ya istilik şirkəti.
Yaxınlıqda qazıntı və ya təmir işləri gedirsə və çökmə buna görə baş veribsə, podratçı şirkət cavabdeh ola bilər.
Praktikada yolun çökməsi dövlət və bələdiyyə orqanlarının məsuliyyət zonasında baş veribsə zərərçəkmiş həmin orqanlara və ya onun sığortaçısına müraciət etməlidir. Əgər hadisə sığorta hadisəsi kimi tanınırsa sığorta ödənişi də tətbiq oluna bilər”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB