Aleks Fergüssonla Roberto Mançini dalaşıblar

Dünən İngiltərə Premyer Liqasında keçirilən \"Mançester Siti\" - \"Mançester Yunayted\" oyununda ciddi qalmaqal baş verib. Siasport.az saytı xəbər verir ki, meydanda bu dəfə futbolçular deyil, komandaların baş məşqçiləri dalaşıblar. Məşqçilərin dava-dalaşına əsas səbəb, oyunun 77-ci dəqiqəsində \"Siti\"li futbolçunun qonaq komandanın oyunçusuna qarşı kobudluğuna \"MY\"nin baş məşqçisi Aleks Fergüssonun hirslənməsi olub. Bu zaman rəqib komandanın çalışdırıcısı Roberto Mançini ona etiraz edib, nəticədə ara qarışıb. Hər iki məşqçi hirsli halda bir-birilərinin üzərinə gedib. Oyunun dördüncü hakimi və R.Mançininin köməkçilərinin müdaxiləsindən sonra insidentin böyüməsinin qarşısı alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...