Joze Maurinyo \"Beşiktaş\"ın portuqaliyalı futbolçusunu \"Real\"a aparır?

Joze Maurinyo \"Beşiktaş\"ın portuqaliyalı futbolçusunu \"Real\"a aparır?
Joze Maurinyonun gələn mövsümdə \"Real\"ın sükanı arxasında qalacağı təqdirdə, kral klubu yay transfer dövründə \"Beşiktaş\"ın portuqaliyalı ulduz futbolçularından birini transfer edə bilər.
Siasport.az saytı xəbər verir ki, baş məşqçi J.Maurinyo, Fernandesi kral klubunda görmək istəyir. Türkiyə mətbuatı iddia edir ki, portuqaliyalı mütəxəssis bu məsələ ilə bağlı \"Beşiktaş\"ın keçmiş prezidenti olan Yıldırım Dəmirörənlə danışıq da aparıb. Hətdda J.Maurinyonun, futbolçu ilə də telefonla danışaraq, gələn mövsümdə \"Real\"ın sükanı arxasında qalacağı halda onu mütləq Madridə aparacağı ilə bağlı vəd verdiyi də bildirilir. Xatırladaq ki, əvvələr də J.Maurinyonun Fernandes və Almeydanı \"Real\"a transfer etməık istəyi ilə bağlı İspaniya qəzetləri də yazılar dərc edirdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə