"Çelsi" İtaliyada rüsvay oldu!
Dünən UEFA Çempionlar Liqasının 1\18 final qarşılaşması çərçivəsində İtaliyada yerli "Napoli" futbol klubunun qonağı olan İngiltərənin "Çelsi" futbol klubu, acınacaqlı durumla qarşılaşıb. Siasport.az saytı xəbər verir ki, bu qarşılaşmada favorit olaraq "zadəganlar" göstərilsələr də, meydandakı oyun və hesab bunun tam əksinə olub.
Belə ki, "Çelsi" qarşılaşmadan 1:3 hesablı məğlubiyyətlə ayrılıb. İndi "zadəganların" növbəti mərhələyə yüksəlmələri üçün onların "dumanlı albiom"da italyanların qapısından 2 cavabsız qol keçirmələri lazımdır ki, bu da o qədər də inandırıcı görünmür.

Bütün xəbərlər Facebook səhifəmizdə