\"Neftçi\" PFK-nın 5 yetirməsi U-17-nin düşərgəsinə çağrılıb

\"Neftçi\" PFK-nın 5 yetirməsi U-17-nin düşərgəsinə çağrılıb

\"Neftçi\" Peşəkar Futbol Klubunun 5 yetirməsi U-17 yaşlı futbolçulardan ibarət yığmanın düşərgəsinə dəvət olunub. Siasport.az saytının məlumatına görə, Etibar Süleymanov, Elton Xudadatov, Pərviz Qaraxanov, Ravil Məmmədov və Fəhmin Muradbəyli milli komandanın məşqlərinə qatılıb.

Məlumat üçün bildirək ki, məşqlərə başlayan yığma komandanın təlimləri fevral ayının 28-ə kimi davam edəcək.

Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə