Joze Alesio Da Silva: “Əsas problemimiz oyunçu azlığıdır”

Joze Alesio Da Silva: “Əsas problemimiz oyunçu azlığıdır”

Azərbaycanın futzal üzrə milli komandası Portuqaliya yığması ilə qarşılaşmada məğlub olduqdan sonra komandanın baş məşqçisi Joze Alesio Da Silva oyun haqda fikirlərini açıqlayıb.

Siasport.az saytının məlumatına görə, baş məşqçi daha çox oyunçu azlığından və hüzumçuların qol vura bilməməsindən şikayətlənib: "Rəqib son Avropa çempionatının gümüş mükafatçısıdır. Hamı bu komandanın güclü olduğunu bilir. Ancaq Portuqaliya yığmasına qarşı yaxşı oynadığımızı düşünürəm. Sadəcə, qol imkanlarından istifadə edə bilmədik. Rəqib isə bundan yaxşı istifadə etdi. Əsas problemimiz oyunçu azlığıdır. Bu gün 8 nəfərlə oynadıq. Çox oyunçum olanda, daha yaxşı oynaya bilərik. Ancaq az oyunçu olanda, meydandakılarda yorğunluq yaranır. Rəqib isə topla daha yaxşı davrandığından, az oyunçu ilə ona qarşı oynamaq daha çətindir


Bütün xəbərlər Facebook səhifəmizdə