Deyəsən, Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə çıxış edən Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisinin yarışı sonuncu pillədə başa vurması, AFFA-nı yaman dilxor edib. Siasport.az saytı xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədovun mətbuata verdiyi son açıqlamaları belə deməyə əsas verir. Belə ki, baş katib açıqlamalarında bildirib ki, komandamızın real gücündən lazımi səviyyədə istifadə edə bilməməsi və məğlub olması, son dərəcə məyus edici faktdır: \"Komandamız artıq 4-cü ildir ki, bu turnirdə iştirak edir. Yaşar Vahabzadənin rəhbərliyi ilə 2009-cu ildə 7-ci yeri tutmuş komandamız 1 il sonra Bernhard Lippertin rəhbərliyi sayəsində 5-ci yerə qalxmışdı. Vəli Qasımovun rəhbərliyi altında isə ötən il 7-ci yeri tutmuş komandamız builki turniri sonuncu yerdə başa vurmuşdur. Bununla əlaqədar olaraq, komandanın baş məşqçisindən hesabat tələb olunacaq və millinin üzvləri ilə görüşəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB