Azərbaycan Premyer Lqasının XI turu start götürüb. Siasport.az saytı xəbər verir ki, turun ilk oyunu artıq başa çatıb. "Qarabağ" klubunu Quzanlı qəsəbəsi Olimpiya İdman Kompleksinin stadionunda "Bakı" komandasını qəbul edib.
Baş məşqçi Qurban Qurbanov bu dəfə heyətdə bəzi dəyişikliklər edib. Baş məşqçi serb qapıçı Boyan Pavloviçi ehtiyata göndərib və əvəzində bu mövsüm ilk dəfə Fərhad Vəliyevə şans verib. Qurbanov bundan başqa, Georgi Adamiya və Rauf Əliyevi də ehtiyada saxlayıb. Onlar matçın gedişində meydana çıxıb.
Oyunun 7-ci dəqiqəsində Admir Teli fərqlənib. "Neftçi" ilə oyunda avtoqola imza atıb, komandasının məğlubiyyətində pay sahibi olan alban futbolçu bu qolla günahını yuyub. Lakin "Qarabağ" üstünlüyünü 36-cı dəqiqədə əldən verib. Müdafiənin səhvindən sonra boşda qalan Maris Verpakovskis şansını boşa verməyib. İkinci yarıya fəal başlayan "Qarabağ" 48-ci dəqiqədə ikinci qolu vurub. - Leonardo Roşadan ötürmə alan Rəşad Sadiqov iti bucaq altından dəqiq zərbə ilə komandasını hesabda önə keçirib. Oyun bu hesabla da başa çatıb-2:1.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB