Dünən I turdan təxirə salınmış oyunda "Neftçi"nin qonağı olan "Qarabağ" bu gün məşqə çıxıb. Siasport.az saytı xəbər verir ki, Tofiq Bəhramov adına respublika stadionunda məşq 11:30-da olub.
Komanda günorta yeməyindən sonra Ağdama yollanacaq. Oktyabrın 28-ində Premyer Liqanın XI turunda "Bakı"nı qəbul edəcək komanda 2 gün öncədən Quzanlıda məskunlaşacaq.
Xatırladaq ki, "Qarabağ" 2 aylıq fasilədən sonra Quzanlıda ev oyununu keçirəcək. Avqustun 27-si "Qəbələ" ilə baş tutan oyundan sonra Quzanlı Olimpiya kompleksi təmirə bağlanmışdı.
"Qarabağ" - "Bakı" matçı saat 15:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB