İngiltərənin "Arsenal" futbol klubu, özünün rusiyalı forvardı Andrey Arşavini keçmiş klubuna qaytaracaq. Siasport.az saytı xəbər verir ki, son vaxtlar böhran girdabına girərək, sürətlə geriyə doğru yuvarlanan, hər keçən gün aldığı məğlubiyyətlərlə azarkeşlərini üzməkdə davam edən "topçular"da başlanacaq islahatlar, eyni zamanda bir sıra futbolçularla yolların ayrılmasını da qətiləşdirib. İngilis qəzeti "The Sun" yazır ki, artıq fransız baş məşqçi Arsen Venger də rusiyalı forvardın satılmasına müsbət yanaşır. Ona görə A.Venger, qış trabsfer dövründə ən azı indiki heyətin 60 faizinə qədərini dəyişmək qərarına gəlib. İngilis qəzeti yazır ki, hazırkı heyətin tükəndiyini düşünən A.Venger, bir sıra futbolçuların "biletini kəsib". Bunların arasında yer alan A.Arşavinin isə öz doğma klubuna qayıdacağı şübhəsizdir. Çünki o dəfələrlə verdiyi açıqlamalarda "Arsenal"dan ayrılacağı təqdirdə ancaq və ancaq "Zenit"ə qayıdacağını bildirmişdi. Bu isə o deməkdir ki, A.Venger islahatlara başlayacağı təqdirdə, biz gələn ilin əvvələrində rusiyalı forvardı yenidən "Zenit"də görə biləcəyik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB