"Barselona" və "Real" rəqiblərinə aman vermədilər...

"Barselona" və "Real" rəqiblərinə aman vermədilər...
İspaniya La Liqasında ötən həftə keçirilən qarşılaşmalar kifayət qədər maraqlı nəticələrlə yadda qalıb. Siasport.az saytı xəbər verir ki, La Liqada iki əzəli rəqib olan "Real" və Barselona" keçirdikləri qarşılaşmaları qələbə ilə başa vurublar. Kral klubu "Espanyol"u 4 cavabsız qolla keçib. "Barselona" isə "Sportinq"i 1 cavabsız qolla məğlub edib.
Türkiyəli futbolçu Arda Turanın komandası olan "Atletiko Madrid" isə "Sevilya" ilə qolsuz bərabərliyə razılaşıb. İspaniya La Liqasında keçirilən qarşılaşmaları və qeydə alınan nəticələri diqqətinizə çatdırırıq:
"Atletiko" (Madrid) - "Sevilya" - 0:0
"Sportinq" (xixon) - "Barselona" - 0:1
"Espanyol" - "Real" (Madrid) - 0:4
"Osasuna" - "Malyorka" - 2:2
"Santander" - "Rayo Vallekano" - 1:1
"Villareal" - "Saraqoza" - 2:2"Valensiya" - "Qranada" - 1:0
"Malaqa" - "Qetafe" - 3:2
"Real" (Sosyedad) - "Atletik" (Bilbao) - 1:2
"Betis" - "Levante" - 0:1

Bütün xəbərlər Facebook səhifəmizdə