İspaniyanın \"Real\" futbol klubunun portuqaliyalı ulduz futbolçusu Krişyiyano Ronaldo, sən demə həmyerlisi və baş məşqçisi olan Joze Maurinyoya vurgun imiş. Siasport.az saytı xəbər verir ki, portuqaliyalı futbolçu, ispaniyalı həmkarlarımızla söhbətində kral klubunun bu il UEFA Çempionlar Liqasını qazanmağa çox istəkli olduğunu, \"Real\" aazarkeşlərinə bu sevinci bəxş etmək üçün var gücləri ilə çalışacaqlarını dilə gətirib. K.Ronaldo, ayrıca J.Maurinyo kimi bir futbol mütəxəssisi ilə çalışmaqdan böyük zövq aldığını, onun futbol fəlsəfəsinə heyran qaldığını da diqqətə çatdırıb:
\"O, öz işini əla bilən insandır. Onunla çalışmaq, inanın ki, hər birimizə zövq verir. Onun öz iş metodu var.
Komanda olaraq da bu il biz UEFA Çempionlar Liqasında finala qədər getməyi hədəfləyirik. \"Real\" bu il Avropada öz sözünü deyəcək, buna artıq heç kimin şübhəsi olmasın\"-deyə K.Ronaldo fikirlərini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB