Amerikalıların əsas medal ümidi Uorren olacaq

Amerikalıların əsas medal ümidi Uorren olacaq

Daha bir ölkə Bakıda keçiriləcək boks üzrə dünya çempionatı üçün heyətini açıqlayıb. Siasport.az saytı xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) milli komandası Heydər Əliyev adına İdman-Konsert Kompleksində təşkil olunacaq yarışda tam heyətlə mübarizə aparacaq. Amerikalıların kapitanı və lideri 52 kq çəki dərəcəsində mübarizə aparacaq Roşi Uorrendir. 2007-ci ildə Çikaqoda keçirilmiş dünya çempionatında qızıl, bundan 2 il əvvəl isə Çində bürünc medal qazanmış boksçu paytaxtımızda da komandasının əsas medal ümidlərindən olacaq. Komandanın daha bir təcrübəli üzvü 2 dəfə Olimpiya oyunlarında iştirak etmiş Maykl Hanterdir (91 kq). Ötən il hərbçilərin dünya çempionatında yalnız finalda məğlub olmuş Camel Herrinq (64 kq) ABŞ-ın həvəskar boksdakı yeni istedadlarından sayılır. Amerikalılar sentyabrın 17-də Bakıya gəlməyi planlaşdırırlar.

ABŞ milli komandasının heyəti

49 kq: Eros Korrea

52 kq: Roşi Uorren

56 kq: Cozef Dias

60 kq: Xose Ramirez

64 kq: Camel Herrinq

69 kq: Errol Spens

75 kq: Cess Hart

81 kq: Markus Broun

91 kq: Maykl Hanter

91+kq: Lenroy Tompson

Bütün xəbərlər Facebook səhifəmizdə