Sərdar Adalı "Beşiktaş"ın vitse-prezidenti postundan niyə istefa verdi?

Sərdar Adalı "Beşiktaş"ın vitse-prezidenti postundan niyə istefa verdi?
İstanbulun "Beşiktaş" futbol klubunun həbsdə olan vitse prezidenti Sərdar Adalı istefa verib. Siasport.az saytı xəbər verir ki, artıq bir neçə saat bundan əvvəl postundan istefa verməsini yazılı olaraq bəyan edən S.Adalı, bunu heç bir əsas olmadan futbol oyunlarının qanunsuz alqı-satqısı ilə bağlı özünün və digər "Beşiktaş" nümayəndələrinin həbs olunması ilə, onlara qarşı əssasız ittihamların doğru kimi Türkiyə mətbuatında işıqlandırılması ilə və ən əsası isə "Beşiktaş" qanunlarını uca tutmaq istəyi ilə əlaqələndirib. S.Adalı, "Beşiktaş" azarkeşlərini başlarını dik tutmağa və hər şeyə səbrlə yanaşmağa çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə