Elman Rüstəmov dünya çempionatı öncəsi yığma komandamızın üzvləri ilə görüşüb

Elman Rüstəmov dünya çempionatı öncəsi yığma komandamızın üzvləri ilə görüşüb

"Çinin Ninbo şəhərində kişilərdən ibarət komandalar arasında keçiriləcək dünya çempionatında Azərbaycan şahmatçıları əsas favoritlərdəndir". Siasport.az saytı xəbər verir ki, bu sözləri turnir ərəfəsində Azərbaycan yığma komandasının üzvlərini qəbul etmiş Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov deyib. O, şahmatçılarımızn Avropa çempionatında komandanızda mövcud olan ruh yüksəkliyini və qələbə əzmini bu dəfə də göstərməli olduqlarını qeyd edib: "Belə güclü heyətlə siz dünya çempionu ola bilərsiniz. Ümid edirəm ki, siz layiqli nəticə göstərəcəksiniz". Federasiya prezidenti onu da qeyd edib ki, Vüqar Həşimov qayıdandan sonra komandamız yenidən əvvəlki kimi güclüdür.

Xatırladaq ki, Çində yarışlar iyulun 16-dan 27-dək davam edəcək. Azərbaycan yığmasının heyətində Vüqar Həşimov, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov və Qədir Hüseynov çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə