Mario Balotellinin geydiyi köynək ingilisləri qəzəbləndirdi

İngiltərənin "Mançester Siti" futbol klubunun qaradərili italyan futbolçusu Mario Balotelli, İngiltərə insan hüquqları və işgəncə əleyhinə cəmiyyətləri tərəfindən tənqid atəşinə tutulub. Siasport.az saytı xəbər verir ki, italiyalı futbolçunu ingilislərin qəzəbinə düçar edən əsas səbəb, sən demə onun geyinib gəldiyi köynəkdir.
Belə ki, M.Balotelli, üzərində qılınc, bıçaq və qan izləri təsvir olunan yay köynəyi ilə Mançester şəhərini gəzir ki, bu da hüquq təşkilatlarının ciddi etirazlarına səbəb olub. Onlar bu cür geyimin usaq və yeniyetmələrin pis vərdişlərə meyllənməsi üçün səbəb ola biləcəyindən təşviş keçirirlər. Tanınmış futbolçunun belə geyimdə olmasını ingilislər heç cürə qəbul etmirlər. Futbolçunun özü isə geyiminin ətraf insanlara və ümumilikdə ingilis cəmiyyətinə mənfi təsir bağışlamadığı qənaətindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...