"Əgər mən danışsam, o zaman bir çoxlarının canı yanacaq"

"Əgər mən danışsam, o zaman bir çoxlarının canı yanacaq"

Bir neçə gündür ki, Türkiyə Superliqasındakı futbol oyunlarının alqı-satqısı və futbol fırıldaqçılığı ilə bağlı aparılan araşdırmalarla bağlı həbs olunan "Fənərbaxça" futbol klubunun prezidenti Əziz Yıdırım, sərt açıqlama ilə çıxış edərək nəinki futbol ictimaiyyətini, eyni zamanda Türkiyənin ictimai-siyasi gündəmini də silkələyib. Siasport.az saytı xəbər verir ki, səhhətinin ağırlaşması üzündən xəstəxanaya aparılan "Fənərbaxça" prezidenti, onu ziyarətə gələn yaxın adamlarına bildirib ki, bəzi qüvvələr onu sıradan çıxarmaq istəyirlər. Ə.Yıldırım, "Əgər bir çox məsələlər barədə danışsam, o zaman bir çoxlarının canı yanacaq"-deyərək fikrini açıqlayıb. Türkiyə mətbuatı isə iddia edir ki, Ə.Yıldırım bu açıqlama ilə bir sıra qüvvələrə xəbərdarlıq mesajı göndərib.

Bütün xəbərlər Facebook səhifəmizdə