"Beşiktaş" növbəti transfer "bomba"sını reallaşdırıb. Siasport.az saytı xəbər verir ki, futbol komandasına tanınmış ulduzları qatan "Qara Qartal" basketbolu da yaddan çıxartmayıb.
Belə ki, "Beşiktaş" Avropanın ən yaxşı qadın basketbolçularından olan rus İlona Korstinlə anlaşıb. Bu barədə klubun prezidenti Yıldırım Dəmirörən məlumat verib.
1,83 m boyu olan 31 yaşlı rus forvard əvvəllər Fransanın "Bourges", Rusiyanın ÇSKA (Moskva) və "Spartak" (Moskva) klublarında çıxış edib.
Gözəlliyi ilə diqqətləri çəkən İlona oydadığı klublarda və Rusiya yığmasında bir sıra uğurlara imza atıb. O, Rusiya millisi ilə 3 dəfə dünya çempionu olub, 2 dəfə Avropa çempionatında gümüş medala, 2 dəfə olimpiya oyunlarında bürünc medala sahib çıxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB