“Turan” klubunun “ayağı” Əsgər Abdullayev üçün düşərli oldu

“Turan” klubunun “ayağı” Əsgər Abdullayev üçün düşərli oldu

Uzun müddət işsiz qalan Əsgər Abdullayev "Turan" klubunun baş məşqçisi olduqdan sonra yenə də potensialını göstərməyə çalışır. Siasport.az saytı xəbər verir ki, "Turan" klubunun "ayağı" Ə.Abdullayev üçün düşərli olub. Belə ki, ona bu gün Azərbaycan futbolunun 100 illiyi münasibətilə futbolun inkişafındakı xidmətlərinə görə "Əməkdar məşqçi" fəxri adı verilib. Fəxri ad Gənclər və İdman Nazirliyində təqdim olunub.

Xatırladaq ki, Ə.Abdullayev Azərbaycan milli komandasının və AZAL ("Olimpik-Şüvəlan") klubunun keçmiş baş məşqçisi olub.


Qeyd edək ki, onunla yanaşı, Şakir Orucov, Elşad Ağayev və Sakin Məmmədzadə \"Fəxri bədən tərbiyəsi və idman işçisi\", Böyükağa Hacıyev, Şakir Qəribov, Yaşar Vahabzadə, Adil Mahmudov, Asif Namazov, Vaqif Paşayev, Tahir Həsənov, Gündüz Cəfərov və Şamil Heydərov isə \"Əməkdar məşqçi\" adına layiq görülüb.


Bütün xəbərlər Facebook səhifəmizdə