“Caspian Cup” turnirində Gürcüstan Tacikistanı, İspaniya isə Qazaxıstanı məğlub edib
Bakıda 17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında "Caspian Cup" Beynəlxalq turniri davam edir.
SİA-nı verdiyi məlumata görə, iyunun 16-da başa çatacaq turnirdə Azərbaycan,
Türkiyə, Özbəkistan, Qırğızıstan, İspaniya, Gürcüstan, Qazaxıstan və Tacikistan
yığmaları mübarizə aparırlar.
İyunun 12-də Şağan Olimpiya-İdman Kompleksində Tacikistan və Gürcüstan milli komandaları
qarşılaşıblar. Maraqlı idman mübarizəsi şəraitində keçən oyun Gürcüstan
millisinin 3:0 hesablı qəlbəsi ilə başa çatıb.
Turnir çərçivəsində digər oyun "Dalğa Arena"da Qazaxıstan və İspaniya yığmaları
arasında keçirilib. İspaniya yığmasının üstünlüyü ilə keçən oyunda onlar rəqiblərinin
qapısından 8 cavabsız top keçiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB