Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb

Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb

Azərbaycan cüdoçusu Madina Kaisinova (+78 kq) Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb.

SİA xəbər verir ki, o, 1/16 finalda İtaliya təmsilçisi Asya Tavanoya uduzub.

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə