Azərbaycan Basketbol Liqasında "LANDAU Lions" NTD, "Neftçi" "Ordu" ilə qarşılaşacaq
Azərbaycan Basketbol Liqasının II turunda bu gün daha iki görüş keçiriləcək.
SİA xəbər verir ki, saat 15:00-da "LANDAU Lions" NTD ilə üz-üzə gələcək.
Digər matçda, saat 18:00-da isə "Neftçi" "Ordu"nu sınağa çəkəcək.
Hər iki görüş Bakı İdman Sarayında təşkil olunacaq.
Qeyd edək ki, ötən gün turun ilk qarşılaşmasında "Sumqayıt" evdə "Naxçıvan"a məğlub olub - 76:87.
Müəllif: Lətifə Musayeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB