"Qalatasaray"a ŞAD XƏBƏR - Rafinya meydanda olmayacaq

"Qalatasaray"a ŞAD XƏBƏR - Rafinya meydanda olmayacaq

İstanbulun "Qalatasaray" klubunu marqlandıran xəbər yayılıb. Belə ki, "Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandanın hücumçusu Rafinyanın qarşıdakı iki matçı buraxacağını açıqlayıb.

Təcrübəli mütəxəssis futbolçunun zədəli olmadığını, lakin ehtiyat məqsədilə ona istirahət veriləcəyini bildirib.

“Bu, zədə deyil. Amma ehtiyatlı olmalıyıq. O, ötən il üç dəfə zədələnib. Buna görə də onu qorumalıyıq. Rafinya nə sabah, nə də “Qalatasaray”la oyunda meydana çıxacaq”, – deyə Flik klubun mətbuat xidmətinə açıqlamasında söyləyib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə