Futbol üzrə Azərbaycan Kubokunda I təsnifat mərhələsinin daha 3 matçı baş tutub.
SİA-nın məlumatına görə, "Zəngəzur" səfərdə "Difai"ni 3:1 hesabı ilə məğlub edib.
"Marafon" evdə "Dinamo"nu 3 cavabsız qolla yenib. "Kür-Araz" isə səfərdə "Şirvan" üzərində 3:1 hesablı qələbəyə sevinib.
Qeyd edək ki, ötən gün "Qaradağ Lökbatan" doğma meydanda "Şəki"ni 12:0 hesabı ilə məğlub edib. "Şəmkir" isə evdə "Ağstafa Gəncləri"nə uduzub - 1:5.
Azərbaycan Kubokunda I təsnifat mərhələsinə oktyabrın 9-da yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB