"Mançester Siti” “Bavariya”nın yarımmüdafiəçisi Aleksandar Pavloviçi transfer edə bilməyib. Nüfizli “Bild” nəşrinin məlumatına görə, İngiltərə klubu 22 yaşlı futbolçu üçün 100 milyon avroya qədər ödəməyə hazır olub.
“Mançester Siti” mart ayından etibarən Pavloviçin transferi üzərində çalışıb və onun nümayəndələri ilə danışıqlar aparıb. “Bavariya” klubun futbolçunu böyük məbləğ qarşılığında transfer etmək niyyətindən xəbərdar olsa da, tərəflər arasında rəsmi danışıqlar başlamayıb.
Pavloviç İngiltərəyə keçid variantını nəzərdən keçirsə də, sonda Münhendə qalmaq qərarına gəlib.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB