Azərbaycanın yunan-Roma güləşçisi Ayxan Cavadov (60 kq) Slovakiyanın paytaxtı Bratislavada keçirilən U-20 dünya çempionatında qızıl medal qazanıb.
SİA xəbər verir ki, idmançımız finalda özbəkistanlı Dostonbek Oripovla qarşılaşıb.
Təmsilçimizin ilk hissədə icra etdiyi 4 xallıq fənd qarşılaşmanın taleyini həll edib. Rəqibinə 4:1 hesabıyla qalib gələn A.Cavadov titulunu qoruyub və ardıcıl 2-ci dəfə U-20 dünya çempionu olub.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB