2 yunan-Roma güləşçimiz dünya çempionatında medal qazanıb

2 yunan-Roma güləşçimiz dünya çempionatında medal qazanıb

Azərbaycanın iki yunan-Roma güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən U-20 dünya çempionatında medal qazanıb. Belə ki, Tural Əhmədov (63 kq) təsəlliverici görüşdə finlandiyalı Matias Arpiaynenə şans tanımayıb – 8:0.

Axşam seansında ekvadorlu Klizman Velisi minimal fərqlə (2:1) üstələyən idmançı bürünc mükafata sahib çıxıb. Cavidan Nehmətov (77 kq) isə finalda ermənistanlı Samvel Terteryanla qarşılaşıb. Rəqibinə ilk xal prinsipinə əsasən (1:1) məğlub olan güləşçi gümüş medalla kifayətlənməli olub.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə