Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlıq çərçivəsində sonuncu yoxlama oyunlarını keçirib.
Azərbaycan Voleybol Federasiyasından SİA-ya verilən məlumata görə, komanda Bakıda təlim-məşq toplanışında olan Belarus yığması ilə iki dəfə qarşılaşıb.
Milli Gimnastika Arenasında baş tutan hər iki görüş Azərbaycan millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, komandamız daha əvvəl Yunanıstan və Latviya seçmələrini üstələyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB