Azərbaycan voleybol millisi Belarusla yoxlama oyunlarında qələbə qazanıb

13 Avqust 2026 11:08 (UTC+04:00)

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlıq çərçivəsində sonuncu yoxlama oyunlarını keçirib.

Azərbaycan Voleybol Federasiyasından SİA-ya verilən məlumata görə, komanda Bakıda təlim-məşq toplanışında olan Belarus yığması ilə iki dəfə qarşılaşıb.

Milli Gimnastika Arenasında baş tutan hər iki görüş Azərbaycan millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, komandamız daha əvvəl Yunanıstan və Latviya seçmələrini üstələyib.