Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandası bu gün ikinci yoldaşlıq oyununa çıxacaq.
SİA-nın məlumatına görə, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv San Marino yığması ilə qarşılaşacaq.
Görüş Macarıstanın Sombatxey şəhərində yerləşən "Haladaş" stadionunda, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Matçın baş hakimi macarıstanlı Marton Ruş olacaq.
Xatırladaq ki, Azərbaycan millisi ilk yoldaşlıq oyununda Maltaya iki cavabsız qolla uduzub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB