İtaliyanın “Fiorentina” futbol klubu yeni baş məşqçisini elan edib. SİA xəbər verir ki, bu barədə İtaliya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Florensiya klubu Fabio Qrossonun baş məşqçi vəzifəsinə təyin olunduğunu açıqlayıb. Tərəflər arasında imzalanan müqavilənin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, 47 yaşlı mütəxəssis son olaraq “Sassuolo”nu çalışdırıb. O, futbolçu kimi isə İtaliya millisinin heyətində 2006-cı il dünya çempionu olub.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB