Bakının "Neftçi" klubunda daha bir neçə futbolçu ilə yollar ayrılacaq. Məlum olub ki, paytaxt təmsilçisi yaxın günlərdə daha iki legionerlə rəsmən vidalaşacaq.
Ekvadorlu yarımmüdafiəçi Cordan Rezabala və venesuellalı müdafiəçi Luiz Ortislə yolların ayrılması an məsələsidir.
Baş məşqçi Yuri Vernidub adıçəkilən legionerlərin xidmətindən birdəfəlik imtina edib. Bu barədə onların özlərinə də məlumat verilib. Cənubi Amerikadan olan oyunçularla müqavilələrin pozulması istiqamətində danışıqlar artıq son mərhələdədir.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB