Azərbaycanın qadın voleybolçulardan ibarət yığması Avropa Liqasında Estoniya ilə üz-üzə gələcək

Azərbaycanın qadın voleybolçulardan ibarət yığması bu gün Avropa Liqasında növbəti matçına çıxacaq.

SİA-nın məlumatına görə, Faiq Qarayevin baş məşqçi olduğu kollektiv Estoniya seçməsi ilə üz-üzə gələcək.

Qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində saat 18:00-da start götürəcək.

Qeyd edək ki, yığma ilk görüşdə İsveçə 0:3 hesabı ilə məğlub olub.

Bütün xəbərlər Facebook səhifəmizdə