...Serbiyalı keçmiş basketbolçu Draqan Laboviç 38 yaşında dünyasını dəyişib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə X sosial şəbəkəsində Adriatik Liqasının səhifəsində məlumat verilib.
Liqa idmançının ailəsinə və yaxınlarına başsağlığı verib. Eurohoops-un məlumatına görə, idmançının ölümünə səbəb infarkt olub.
Xatırladaq ki, Laboviç 2011-2013-cü illərdə Rusiyada çıxış edib. O, Krasnoyarskın “Yenisey”, Samaranın “Qırmızı qanadları” və “Nijni Novqorod” klublarında çıxış edib. Laboviç Rumıniya, Finlandiya, Polşa, Türkiyə və bir sıra digər ölkələrin klublarında çıxış edib. Forvard Serbiya millisinə də çağırılıb.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə