FIFA Türkiyə klubuna transfer qadağası qoyub

FIFA Türkiyə klubuna transfer qadağası qoyub

FIFA Türkiyənin "Sivasspor" klubuna transfer qadağası qoyub. SİA xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb

Sivas təmsilçisi qarşıdakı üç transfer dönəmində heyətinə yeni oyunçu cəlb edə bilməyəcək.

Qeyd edək ki, "Sivasspor" hazırda Super Liqada 24 turdan sonra 24 xalla 15-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə