Misli Premyer Liqasında XXII tura bu gün, iki oyunla start veriləcək. SİA-nın məlumatına görə, əvvəlcə “Şamaxı” evdə “Sumqayıt”ı qəbul edəcək.
Şamaxı şəhər stadionunda keçiriləcək görüş saat 14:30-da başlayacaq. “Sumqayıt” hazırda turnir cədvəlində 22 xalla 6-cı pillədədir. 17 xala malik “Şamaxı” isə doqquzuncudur.
Günün son matçı “Bank Respublika Arena”da “Sabah”la “Turan Tovuz” arasında baş tutacaq. İnqilab Məmmədovun idarəçilik edəcəyi görüşün start fiti saat 17:00-da səsləndiriləcək. 36 xala malik “Turan Tovuz” hazırda turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Sabah” isə 28 xalla altıncıdır.
Misli Premyer Liqası
III dövrə, XXII tur
9 fevral
14:30. “Şamaxı” – “Sumqayıt”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Şamaxı şəhər stadionu
17:00. “Sabah” – “Turan Tovuz”
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov.
VAR: Cavid Cəlilov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“Bank Respublika Arena”
Qeyd edək ki, turun digər görüşləri fevralın 10-da və 11-də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə