Futbol üzrə Azərbaycan çempionatlarının ən erkən startı qeydə alınıb

Futbol üzrə Azərbaycan çempionatlarının ən erkən startı qeydə alınıb. SİA Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Misli Premyer Liqasının 2024/2025 mövsümünün ikinci yarısı yanvarın 17-də start götürüb.

Bu, ölkə çempionatlarında ilin ən erkən startı olub. Bunadək heç vaxt ilin ilk 17 günündə çempionat matçı keçirilməyib.

Əvvəlki illərdə ən erkən start yanvarın 21-nə təsadüf edib. 2020/2021 mövsümünün üç, ötən çempionatın bir qarşılaşması ilin 21-ci günündə baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə