"Portu" 18 yaşlı belaruslu futbolçunu alıb

Portuqaliyanın "Portu" klubu Minsk "Dinamo"sundan 18 yaşlı hücumçu Trofim Melniçenkonu alıb.

SİA xəbər verir ki, bu barədə Portuqaliya komandasının X sosial şəbəkəsindəki hesabında məlumat verilib. Sövdələşmənin maliyyə şərtləri və futbolçu ilə müqavilənin müddəti açıqlanmır.

Melniçenko yeni klubunda 43 nömrə altında çıxış edəcək. Hələlik belaruslu “Porto”nun ikinci komandasına keçəcək. ...Hər şey məndən asılıdır, Portuya kömək etmək üçün hər şeyi edəcəyəm,- Melniçenko bildirib bunu.

Transfermarkt portalının məlumatına görə, "Porto" futbolçu üçün "Dinamo"ya 380 min avro ödəyib.

Onun dəyəri 250 min avro qiymətləndirilir.

Melniçenko ötən ilin martında Minsk Dinamosunun əsas komandasında debüt edib.

O, "Dinamo"nun heyətində 37 matçda 2 qol vurub və 5 məhsuldar ötürmə edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə