AFFA İntizam Komitəsi "Qarabağ" klubunu 2000 manat cərimələyib. SİA-nın məlumatına görə, buna Ağdam təmsilçisinin Misli Premyer Liqasının XVI turunda "Sabah"la heç-heçə (1:1) etdiyi matçda yaşananlar səbəb olub.
"Köhlən atlar" azarkeşlər pirotexniki vasitədən istifadə etdiyinə görə 1500 manat ziyana düşüb.
Ağdam təmsilçisi sözügedən qarşılaşmada fanatlar tərəfindən təhqiramiz ifadələr səsləndirildiyi (bu hal cari mövsümdə ikinci dəfə yaşanır) üçün 500 manat ödəyəcək.
"Səbail" klubu isə 700 manat cərimə olunub. "Dənizçilər"in 4 üzvü "Araz-Naxçıvan"a 0:2 hesabı ilə uduzduqları görüşdə sarı vərəqə ilə cəzalandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə