Bakıdakı Respublika Olimpiya Mərkəzində Tofiq Karayev mükafatı uğrunda üçnövçülük üzrə XXVII Azərbaycan çempionatı keçiriləcək. Azərbaycan Atletika Federasiyasından SİA-ya verilən məlumata görə, yarış 2011-2012 təvəllüdlü idmançılar arasında baş tutacaq.
İstedadlı uşaqların müəyyən edilməsi məqsədi daşıyan turnirə 60 və 200 metr məsafəyə qaçış, həmçinin uzunluğa tullanma növbəri daxildir.
Qeyd edək ki, Azərbaycan çempionatı dekabrın 7-də təşkil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə