Millimiz Rusiyaya məğlub oldu

Qadın futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyununda Rusiya ilə qarşılaşıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv səfərdə rəqibinə 0:1 hesabı ilə məğlub olub.

Matç Soçi şəhərindəki FİŞT Olimpiya Stadionunda təşkil olunub.

Qeyd edək ki, komandalar dekabrın 2-də yenidən üz-üzə gələcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə