Azərbaycanın “Kür” komandası Avropa Kubokunda mübarizəyə başlayır

Azərbaycanın kişi həndbolçulardan ibarət “Kür” komandası bu gün Avropa Kubokunda mübarizəyə başlayır. SİA xəbər verir ki, II mərhələdən yarışa qoşulan təmsilçimiz Mingəçevirdəki Kür Olimpiya Tədris-İdman Mərkəzində Kiprin “Parnassos Strovolu” komandası ilə üz-üzə gələcək.

Xorvatiyalı hakimlər Stefan Berdiç və Filip Sorakın idarə edəcəyi qarşılaşma saat 17:00-da başlayacaq.

Qeyd edək ki, komandalar arasında cavab matçı da sabah Mingəçevirdəki Kür Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə