U-15 millisi UEFA İnkişaf Turnirində növbəti dəfə məğlub olub

15 yaşadək (U-15) qızlardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində növbəti dəfə məğlub olub. SİA-nın məlumatına görə, yığma Belarus Futbol Federasiyasının Təlim-Məşq Mərkəzində Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Görüş rəqibin 9:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-15 daha əvvəl Belarusa 1:8 Özbəkistana isə 1:2 hesabı ilə uduzub.

Bütün xəbərlər Facebook səhifəmizdə