UEFA Avropa Liqasının I təsnifat mərhələsində üz-üzə gələn “Zirə” və Moldovanın “Şerif” komandaları arasındakı cavab oyununda əlavə vaxt oynanılacaq.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Mərdəkanda yerləşən “Dalğa Arena”da keçirilən görüşün 90 dəqiqəsi rəqibin 2:1 hesablı üstünlüyü ilə bitdiyi üçün əlavə vaxt baş tutacaq. Matçı qazaxıstanlı hakim Bulat Sarıyev idarə edir.
Qeyd edək ki, komandalar arasında baş tutan ilk görüş “Zirə”nin 1:0 hesablı üstünlüyü ilə bitib.
Bütün xəbərlər Facebook səhifəmizdə