“Liverpul” 2023/24 mövsümündə İngiltərə Premyer Liqasını qazanmaq üçün riyazi şansını itirib. SİA xəbər verir ki, bu, “Mançester Siti”nin mayın 11-də çempionatın növbəti tur matçında “Fulhem”i 4:0 hesabı ilə məğlub etməsindən sonra baş verib.
Beləliklə, “şəhərlilər”in sona iki tur qalmış 85 xalı var, “Liverpul” isə 7 xal geridədir. Çempionluq yarışında yalnız Arsenal 83 xalla qalıb.
İngiltərənin hazırkı çempionu “Mançester Siti”dir.
Maraqlıdır ki, bu, baş məşqçi Yurgen Klopp üçün klubda son mövsümdür. O, 2015-ci ilin payızından İngiltərənin “Liverpul”unda çalışır. Onun rəhbərliyi altında “qırmızılar” İngiltərə Premyer Liqası, Çempionlar Liqası, Klublararası Dünya Çempionatı, Liqa Kuboku, İngiltərə Kuboku və UEFA Super Kubokunun qalibi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB