Braziliyalı futbolçu Robinyo təcavüzə görə 9 il həbs cəzası alıb

Braziliyalı futbolçu Robinyo təcavüzə görə 9 il həbs cəzası alıb

...40 yaşlı braziliyalı futbolçu Robinyo 11 il əvvəl Milanda 23 yaşlı alban qadına təcavüz etdiyi üçün 9 il həbs cəzası alıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədəd “L'Équipe” xəbər verir.

Əvvəllər idmançı İtaliyada mühakimə olunsa da, Braziliya tərəfi Robinyonu italyanlara təhvil verməyib.

2017-ci ildə Milan məhkəməsi onu zorlamada təqsirli bildi; 2020-ci ildə Robinyo Apellyasiya Məhkəməsində hökmdən şikayət etməyə çalışdı, lakin məğlub oldu.

2022-ci ildə futbolçu həbs qərarı çərçivəsində beynəlxalq axtarışa verilib.

İtaliya həmçinin Braziliyadan Robinyonu öz ölkəsinə gətirməsini istəyib.

İndi Braziliya məhkəməsi idmançını təqsirli bilib və 9 il müddətinə azadlıqdan məhrum edib.

Qeyd edək ki, Robinyonun özü məhkəmədə iştirak etməyib. Vəkilinin sözlərinə görə, futbolçu apelyasiya şikayəti verməyi planlaşdırır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə