"Turan Tovuz"un legioneri milliyə çağırıldl

"Turan Tovuz"un futbolçusu Roderik Miller Panama millisinə çağırılıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, yığmanın KONKAKAF Millətlər liqasının dördlər finalı üçün yekun heyətində müdafiəçi də yer alıb.

Qeyd edək ki, Panama millisi yarımfinal oyununda martın 21-də Meksika ilə qarşılaşacaq. Digər yarımfinal qarşılaşmasında isə ABŞ və Yamayka milliləri üz-üzə gələcəklər. Turnirin finalı 24 mart tarixində olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə