İşlər daha da pisləşdi…

...“Barselona”nın baş məşqçisi Xavi “Qranada” ilə oyunun nəticəsini şərh edib.

Nəzərinizə çatdıraq ki, kataloniyalılar oyun ərzində iki dəfə məğlub durumda olsalar da, heç-heçəyə nail olublar - 3:3. …Düzünü desəm, etməməli olduğumuz səhvlərə yol verdik. Hesabı 2:0-a çatdırmaq şanslarımız oldu və düşünürəm ki, bu, oyunu dəyişəcəkdi, amma "Qranada" çox yaxşı oynadı. Onlar oyunu fərdi matçlara çevirdilər. Komandada inam, cəsarət və istək var idi, amma təəssüf ki, kifayət etmədi. “Jirona” ilə fərqi aradan qaldırmaq və çempionluq yarışında qalmaq şansımız oldu, amma işlər daha da pisləşdi. Hətta bu matçdan əvvəl La Liqada qalib gəlmək çox çətin idi, indi isə daha da çətinləşib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə