"Sizə hörmət edilmir, əməyiniz qiymətləndirilmirsə..."

"Sizə hörmət edilmir, əməyiniz qiymətləndirilmirsə..."

“Barselona”nın baş məşqçisi Xavi gələcəkdə klubdan getməsinin səbəblərindən danışıb.

Xatırladaq ki, çalışdırıcı komandanı tərk etmək qərarını İspaniya çempionunun “Vilyarreal”a 3:5 hesabı ilə uduzduğu ev oyunundan sonra açıqlayıb.

Onun dediyinə görə, sizə hörmət edilmədiyini, əməyiniz qiymətləndirilmədiyini hiss edirsinizsə, bu, psixi sağlamlığınızı inanılmaz dərəcədə tükəndirir. Mən çox pozitiv adamam, amma enerji o yerə düşür ki, davam etməyin mənasızlığını görürsən. Mən bu qərarı çoxdan verdim və bu vəziyyət kluba mənfi təsir etdi...

SİA-nın əldə etdiyi məlumata görə, istiqaməti, mühiti dəyişməliyik deyən Xavi, bunu etmək üçün doğru zaman olduğunu da xatıladıb

...Bu qərarı verəndə ürəyimin səsinə qulaq asdım. Heç bir şeyin mənası yoxdursa, hərəkətə keçmək və qərarlar qəbul etmək vaxtıdır.

Bunu da Xavi deyib.

...Əlavə edək ki, bəzi deyilənlərə baxmayaraq, amma “Barselona” rəhbərliyi hələ komandanın yeni baş məşqçisinin kim olacağını açıqlamayıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə