Şamaxıda beynəlxalq badminton turniri keçiriləcək

Şamaxıda beynəlxalq badminton turniri keçiriləcək

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Türkdilli Dövlətlər arasında beynəlxalq badminton turniri keçiriləcək.

SİA-nın məlumatına görə, yarış 6-8 noyabr tarixlərində Şamaxı Olimpiya İdman Kompleksində təşkil olunacaq.

Turnirdə Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanı təmsil edən badmintonçular mübarizə aparacaqlar.

İdmançılar 5 kateqoriya üzrə mükafatçıları müəyyənləşdirəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə